RU
Tramp İranla atəşkəsin artıq qüvvədə olmadığını bildirdi
13:30
33

Tramp İranla atəşkəsin artıq qüvvədə olmadığını bildirdi

Birləşmiş Ştatların Prezidenti Donald Tramp İranla atəşkəs razılaşmasının qüvvədən düşdüyünü və Tehranla aparılan danışıqların artıq heç bir məna kəsb etmədiyini açıqlayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ dövlət başçısı İran tərəfi ilə hər hansı bir əlaqə qurmaq niyyətində olmadığını diqqətə çatdırıb:

"Mən onlarla iş görmək istəmirəm, onlar xəstə insanlardır".

İyunun 18-də Vaşinqton və Tehran arasında hərbi toqquşmaların dayandırılmasını təmin etməli və yeni danışıqlar prosesinə təkan verməli olan müvəqqəti anlaşma memorandumu imzalanmışdı. Müqavilənin müddəti 60 gün müəyyən edilmişdi. Ancaq bir neçə gün keçdikdən sonra ABŞ rəsmiləri İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham etdi. Tehran da öz növbəsində ABŞ hərbçilərini zərbələr endirməkdə günahlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ