ABŞ-İran danışıqlarının nəticələri yaxın 48 saat ərzində məlum olacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə jurnalistlərə bildirib.
ABŞ Prezidenti Tehranla dialoqda əhəmiyyətli irəliləyiş olduğunu qeyd edib.
Tramp İranla danışıqların "çox yaxşı getdiyini" qeyd edib. O əlavə edib ki, "nəticələr 48 saat ərzində bilinəcək”.
Qeyd edək ki, Vaşinqton bu gün Hörmüz boğazının açılması ilə bağlı İran və Omanla müvəqqəti razılaşmalar elan etməyi planlaşdırır.








