ABŞ Prezidenti Donald Tramp İranla bağlı siyasətdə danışıqları davam etdirmək, hücumları artırmaq və iqtisadi təzyiqi gücləndirmək kimi üç variantın olduğunu açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp İran rəsmilərini "çətin müzakirəçilər” adlandıraraq, tərəflər arasında əldə olunan bəzi razılaşmaların sonradan İran tərəfindən rədd edildiyini bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton mövcud yanaşmanı davam etdirərək İran üzərində təzyiqi saxlaya, hərbi hücumları əhəmiyyətli dərəcədə artıra və ya iqtisadi təzyiqi daha da gücləndirə bilər.
Tramp həmçinin İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu, ölkədə inflyasiyanın yüksək səviyyəyə çatdığını və milli valyutanın ciddi dəyər itirdiyini iddia edib.
O, ABŞ-ın İranın maliyyə resursları üzərində nəzarətə malik olduğunu və iqtisadi təzyiqin Vaşinqtonun Tehran siyasətinin əsas hissələrindən biri olaraq qaldığını vurğulayıb.








