ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tomas Messi 2028-ci il prezident seçkisinə qatıla biləcəyinə işarə edib.
Bu barədə "Washington Examiner" nəşri məlumat yayıb.
Konqresmen iştirak etdiyi kütləvi tədbirdə deyib:
"2028-ci ildə nə baş verəcək? Yenidən Konqresə namizədliyimi irəli sürməyimi istəyirsiniz?"
Bundan sonra izdiham onun 2028-ci il prezident seçkisində iştirak etməsi üçün şüarlar səsləndirib. Buna cavab olaraq Messi bildirib ki, tərəfdarları onun gələcək kampaniyada iştirakı üçün tutarlı arqumentlər gətiriblər və bu barədə daha sonra danışmaq mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl Prezident Donald Tramp ABŞ-nin İranın nüvə infrastrukturuna zərbələrini pisləyən Messiyə sərt reaksiya vermiş və onu "bomj" adlandırmışdı. Ağ Ev rəhbəri onun dərhal Konqresdən qovulmasına çağırış etmişdi.








