Tunis sahillərində qanunsuz miqrantların olduğu qayıq qəzaya uğrayıb.
Bu barədə Tunisin TAP xəbər agentliyi məlumat yayıb.
Hadisə ölkənin cənubundakı Sfaks şəhərinin sahillərində baş verib. Sahil Mühafizəsi qüvvələri axtarış-xilasetmə işləri aparıb.
Nəticədə 44 miqrant xilas edilib, 4 nəfərin meyiti sudan çıxarılıb.
Daha 10 miqrantın axtarışları davam edir.
Qayıqda olan miqrantların hamısı Tunis vətəndaşlarıdır.








