lombard

“Türk Hava Yolları”nın təyyarəsində gərgin anlar: Biznesmeni sellofana bükdülər - VİDEO

“Türk Hava Yolları”nın təyyarəsində gərgin anlar: Biznesmeni sellofana bükdülər - VİDEO

Türkiyənin İstanbul şəhərində hava limanında Kamerundan olan biznesmen sellofana bükülərək vətəninə yola salınıb.

"The Sun”un verdiyi məlumata görə, hadisə "Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə qeydə alınıb.

Sərnişinlərdən biri tərəfindən çəkilən videoda qırmızı köynək geyinmiş kişinin köməyə çağırdığı görünür.

Məlumata görə, Emmanuel Fosso Someon Çedju Dubaya məzuniyyətə gedirmiş. O, növbəti reysə kimi qalan səkkiz saatlıq müddətdə İstanbul hava limanını tərk edərək gəzməyə çıxmaq istəyib. Lakin pasportun yoxlanılması zamanı hüquq mühafizəçiləri onu saxlayaraq vizanın saxta olduğunu bəyan ediblər. 

Biznesmen vurğulayıb ki, o, sənədlərinin saxta olduğunu ancaq həbs zamanı öyrənib. Çedjunun sözlərinə görə, hüquq mühafizəçiləri ondan bilmədiyi türk dilində yazılan sənədə imza atmasını istəyib, o isə bundan imtina edib.

Bundan başqa, turistin 2400 dolları (4080 AZN) müsadirə edilib.

O, həmin aviaşirkətin təyyarəsi ilə Kameruna geri göndərilib. Məlum olub ki, turistin partnyorları da saxta sənədlərlə əlaqədar saxlanılıb.

 

7News.Az

Xəbər lenti