RU
Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib
11:30
158

Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib

Türkiyənin Ədliyyə Nazirliyi zəlzələnin fəsadları fonunda Hatay həbsxanasında baş qaldıran qarşıdurma ilə bağlı açıqlamasında mətbuat və sosial şəbəkədə yayılan iddialara aydınlıq gətirib.
Bu barədə qurum açıqlama yayıb.

"Hadisələrə müdaxilə zamanı məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş və bərəsində həbs qətimkan tədbiri seçilmiş 12 nəfər şəxs yaralanıb, xəstəxanaya qaldırılan yaralılardan 3-ü vəfat edib”, - nazirliyin açıqlamasında vurğulanıb.

Eyni zamanda, müəssisədə qadın məhkumlara guya təcavüz edildiyinə dair iddiaların əsassız və həqiqətəuyğun olmadığı qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ