Türkiyənin Tokat-Sivas yolunda minik avtobusu idarəetmədən çıxaraq aşıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə güclü qar yağıntılarına görə baş verib.
Qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.








