RU
Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib VİDEO
19:18
441

Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib VİDEO

Türkiyənin "Haber Global” telekanalı "Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı sənədli film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.

7News.Az xəbər verir ki, filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.

Sənədli filmin fevralın 26-da saat 12.30 və 20.30-da telekanalda nümayiş etdirilməsi nəzərdə tutulur.

 

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ