lombard

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlılar tutuldu - FOTO

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlılar tutuldu - FOTO

Türkiyənin Yalova vilayətində fahişəliklə məşğul olan azərbaycanlılar tutulub.

Haberler.com-un yaydığı məlumata görə, əməliyyatçılar beş hotel və 14 evdə eyni zamanda axtarış aparıblar.

Nəticədə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan 28 qadın və onları fahişəliyə məcbur edən 22 nəfər nəzarətə götürülüb.

Qadınlardan birində İİV (İnsanda İmmunçatışmamazlığı Virusu), ikisində isə Hepatit B virusu aşkarlanıb.

Məhkəmə qərarına görə, hakim qarşısına çıxan 50 nəfərdən 13-ü həbs edilib.

Fahişəliklə məşğul olan qadınların ölkələrinə qaytarılması davam edir.

 

7News.Az

Xəbər lenti