RU
Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü
01:15
111

Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

7NEWS.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 137 min 712 koronavirus testi aparılıb.

Bunlardan 8 min 636-sı müsbət çıxıb. 98 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 437 min 382-yə çatıb.

Ümumi test sayı 30 milyon 893 min 496-ya yüksəlib. Ümumi yoluxma sayı 2 milyon 548 min 195, vəfat sayı 26 min 998, ağır xəstə sayı 1310-dur.

 

 
 
7NEWS.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ