Türkiyədə sərhəd məntəqəsinə edilən hücumda 1 əsgərin öldüyü 4 əsgərin isə yaralandığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Şanlıurfa valisi Salih Ayhan Birecik rayonundakı Çiçekalan Sərhəd məntəqəsinə hücum edildiyini açıqlayıb. Anadolu Agentliyinin xəbərinə görə, vali Ayhan 1 əsgərin öldüyünü, 4 əsgərin yaralandığını bildirib.
7NEWS.az








