Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.