7NEWS.az xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 04:17-də 7,7 bal gücündə zəlzələ baş verib. Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan zəlzələ yerin 7 km dərinliyində baş verib. Saat 13.24-də episentri Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə daha bir zəlzələ baş verib. AFAD-ın verdiyi açıqlamaya görə, 16 fevral çərşənbə axşamı saat 11.15-ə olan məlumata görə, ölənlərin sayı 36 187 nəfərə çatıb. Digər tərəfdən, zəlzələlərdən sonra universitetlərdə üzbəüz təhsil yay tətilinə qədər dayandırılıb, dərslər məsafədən aparılacaq, tələbə yataqxanaları zəlzələdən zərərçəkənlərin istifadəsinə açılacaq.
7NEWS.az








