Türkiyənin məşhur aktrisası, əslən almaniyalı olan Uilma Elles şəxsi hotelini satışa çıxarıb.
Cazibədar aktrisa İstanbulun Beşiktaş rayonunda yerləşən 18 otaqlı otelini 11 milyon lirəyə (2,7 milyon AZN - red.) satmağa qərar verib.
Uilmanın bu cür addım atmasına səbəb banka olan beş milyon lirəlik (1,23 milyon AZN - red.) kredit borcudur.
Alıcı qıtlığı ilə üzləşən sənətçi endirim edərək, hazırda oteli doqquz milyon lirəyə (2,21 milyon AZN - red.) satır.
7News.Az








