RU
Türkiyəli psixoloqun ölümü ilə bağlı istintaq başladıldı
22:40
306

Türkiyəli psixoloqun ölümü ilə bağlı istintaq başladıldı

Dünən İstanbuldakı evində cəsədi tapılan tanınmış psixoloq və yazıçı Doğan Cüceloğlunun ölümü ilə bağlı istintaq başladılıb.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Prokuorluğu tərəfindən aparılan araşdırmalar zamanı evin ətrafındakı təhlükəsizlik kameraları yoxlanılacaq.

Hadisə yerində ilkin araşdırmalar zamanı psixoloqun evinə gələn təmizlik işçisi M.Ç. Cüceloğlunu yerdə üzüstə gördüyünü bildirib. Tibb işçiləri və polis əməkdaşları isə psixoloqun cəsədini arxası üstə uzadılmış və üzəri örtülmüş halda tapdıqlarını bildiriblər.

Bundan başqa, Cüceloğlunun gözünün altında yıxıldıqdan sonra yarandığı ehtimal olunan iz də müəyyən edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ