Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.
Hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib.
Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.








