Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər zamanı narkotik tərkibli bitkilər aşkarlanıb.
Tədbir rayonun Şahlıq kəndi ərazisində həyata keçirilib.
Ərazidə yabanı halda bitən ümumi çəkisi 1 ton 50 kiloqram olan 872 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.








