RU
Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi
14:40
26

Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi

Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

7News.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 56 yaşlı hemodializ xəstəsi Nizami Hüseynov tibb müəssisəsində dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması üçün xəstəxanaya müraciət edib.

Məlumata əsasən, prosedurdan əvvəl pasiyentin çəkisi və arterial təzyiqi ölçülüb, tibbi qaydalara uyğun hazırlıq işləri aparılıb. Lakin hemodializə başlanılmazdan əvvəl xəstə özünü narahat hiss etdiyini bildirib.

Bununla əlaqədar Təcili tibbi yardım şöbəsindən həkim çağırılıb. Pasiyent müayinə olunduqdan sonra reanimasiya tədbirlərinə başlanılıb.

TƏBİB-in məlumatına görə, təxminən 30 dəqiqə ərzində süni tənəffüs, ürəyin qapalı masajı və digər zəruri tibbi müdaxilələr həyata keçirilib. Lakin görülən tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Nizami Hüseynovun bioloji ölümü iyulun 15-i saat 14:20 radələrində qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ