RU
Ukrayna ordusu Bryansk vilayətinə raket zərbəsi endirib, 2 nəfər ölüb
12:10
30

Ukrayna ordusu Bryansk vilayətinə raket zərbəsi endirib, 2 nəfər ölüb

Ukrayna ordusu Bryansk vilayətinin Suzemka rayon mərkəzinə raket zərbəsi endirib.

"Bryansk Today” xəbər verir ki, bu barədə qubernator Yeqor Kovalçuk sosial şəbəkədə məlumat verib.

Hücum nəticəsində iki mülki şəxs — 15 yaşlı qız və nənəsi ölüb.

Daha bir sakin isə yaralanıb, o xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ