RU
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
15:10
16

Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb

Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Novorossiyskdə Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına qarşı əməliyyat keçirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk Rusiya donanmasının Qara dənizdəki əsas dayaqlarından biridir.

"Reaktiv dronlarımız "Palyanitsa”, "Neptun” raketləri və pilotsuz dəniz sistemlərimiz müəyyən edilmiş hədəflər üzrə dəqiq zərbələr endirib”, – Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, hava hücumundan müdafiə mövqelərinə, liman körpülərinə və infrastrukturuna zərbələrin endirilməsi təsdiqlənib.

O vurğulayıb ki, Rusiya hərbi donanması və onu dəstəkləyən infrastruktur "Rusiya təcavüzü davam etdiyi müddətdə təhlükəsiz olmayacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ