RU
Ukrayna ordusu Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurub
13:20
19

Ukrayna ordusu Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurub

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzi - "Proqres"ə hücum edib.

"UNIAN"ın xəbərinə görə, hücum "Flaminqo” raketləri ilə həyata keçirilib.

Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.

Ukrayna ordusu Samaradakı "Proqres" mərkəzinin "Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.

"Soyuz-2” isə Rusiyanın "Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.

Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində "Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.

Bu aerodromda "MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ