Ukrayna Müdafiə Qüvvələri avqustun 11-də Rusiyanın "Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub.
Bu barədə Ukrayna ordusunun Baş qərargahı "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Luqansk vilayətinin Topol yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus "Buk-M3” zenit-raket kompleksi, Rusiya ərazisində Belqorod vilayətinin Terebreno kəndi yaxınlığında isə komanda-müşahidə məntəqəsi vurulub.
Bundan əlavə, Luqansk vilayətinin Rovənki şəhəri ərazisində Rusiya qüvvələrinin maddi-texniki təminat anbarlarının da hədəfə alındığı bildirilib.








