RU
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib
12:20
18

Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib

Rusiyanın Penza şəhəri iyulun 1-i səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, müəssisədə güclü yanğın başlayıb.

Bu barədə "UNIAN" zərbənin görüntülərini yayan "Exilenova+” Telegram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, hücumun hədəflərindən biri "Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu" ASC olub. Müəssisənin ərazisində yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, institut təyyarə və helikopterlərin mühərrikləri, eləcə də hidropnevmatik sistemləri üçün artıq və mütləq təzyiq, xətti və bucaq yerdəyişməsini ölçən sensorların hazırlanması ilə məşğuldur.

Bundan başqa, müəssisənin istehsal etdiyi məhsulların "Bulava", "Topol-M", "Sineva" qitələrarası ballistik raketləri və "İsgəndər" operativ-taktiki raket kompleksləri də daxil olmaqla, müxtəlif silah və hərbi texnika nümunələrində istifadə olunduğu bildirilir.

Məlumatda institutun Rusiyanın "Roskosmos" Dövlət Korporasiyasının tərkibinə daxil olduğu qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hqüvvələrinin Ufadakı neft emalı zavoduna, habelə Penza bölgəsindəki Rusiya hərbi-sənaye kompleksinin obyektinə yenidən zərbə endirdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ