RU
Ukrayna PUA-sının Belqoroda hücumu nəticəsində 13 nəfər xəsarət alıb
11:04
21

Ukrayna PUA-sının Belqoroda hücumu nəticəsində 13 nəfər xəsarət alıb

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Belqoroda hücumu nəticəsində 13 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Bölgənin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.

Onun sözlərinə görə, sinəsindən qəlpə yaraları alan 4 yaşlı oğlan uşağı vilayət uşaq xəstəxanasına çatdırılıb. Digər bir uşağa və üç böyüyə hadisə yerində tibbi yardım göstərilib. Daha səkkiz yaralının xəstəxanaya yerləşdiriləcəyi bildirilib.

Partlayışlardan sonra çoxmərtəbəli binanın yaxınlığındakı dayanacaqda iki avtomobil və fərdi yaşayış evi yanıb.

Həmçinin dörddən çox çoxmənzilli bina, inzibati bina, sosial və kommersiya obyektlərinə ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ