RU
Ukraynalı komandir ölümə meydan oxudu, əsgərləri belə xilas etdi - Anbaan Video
17:10
30

Ukraynalı komandir ölümə meydan oxudu, əsgərləri belə xilas etdi - Anbaan Video

Ukraynalı komandir FPV-dron təhlükəsinə baxmayaraq iki ağır yaralı döyüşçünü xilas etmək üçün öz təşəbbüsü ilə təhlükəli əraziyə yollanıb.

7News.Az musavat.com-a istinadən bildirir ki, 475-ci hücum alayının CODE 9.2 bölməsinin "Flint" ləqəbli komandiri hadisənin təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, bölmə iki yaralı hərbçinin yerüstü robot kompleksi vasitəsilə təxliyəsini izləyirmiş. Bu zaman Rusiya qüvvələrinə məxsus FPV-dron təxliyədə istifadə olunan texnikaya hücum edib.

Baş verənləri görən hücum bölüyünün komandiri Vladislav Polski əmr gözləmədən komanda məntəqəsindən çıxaraq avtomobilə minib və yaralı döyüşçülərin olduğu əraziyə yollanıb.

Bildirilib ki, hər iki hərbçinin ayaqlarında açıq sınıqlar olub. "Flint"in sözlərinə görə, təxliyənin daha 10-15 dəqiqə gecikməsi onların həyatına başa gələ bilərdi. Eyni zamanda, Rusiya qüvvələrinin əraziyə təkrar FPV-dron zərbəsi endirməsi təhlükəsi də qalırdı.

 

Bütün risklərə baxmayaraq, Vladislav Polski yaralıların olduğu yerə çataraq hər iki döyüşçünü avtomobilə mindirib və təhlükəli ərazidən çıxarmağa nail olub.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ