RU
Ukraynanın hücumları nəticəsində Sevastopol işıqsız qalıb
11:10
25

Ukraynanın hücumları nəticəsində Sevastopol işıqsız qalıb

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopol şəhəri müvəqqəti olaraq elektrik enerjisiz qalıb.

 Sevastopolun qubernatoru Mixail Razvojayev özünün "Telegram” kanalında yazıb ki, enerji infrastrukturuna hücum nəticəsində şəhərin elektrik enerjisi kəsilib.

Qubernator qeyd edib ki, obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün tədbirlər görür.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın regionları, eyni zamanda Azov dənizi və Qara dəniz üzərində ötən gecə 320-dən çox Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ