RU
UNİCEF-in nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olub
13:36
316

UNİCEF-in nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olub

UNİCEF-in İnkişafın əlaqələndirilməsi və müdafiəsi üzrə kansultantı Sara Kameron MakBin və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olub.
Görüşdə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Fondun sektor müdirləri Vüsalə Niftəliyeva və Orxan Ərəbov iştirak ediblər.
Fərhad Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verərək  Fondun prioritetlərini qonaqların nəzərinə çatdırıb.
Qonaqlar Gənclər Fondunun fəaliyyəti ilə yaxından tanış olmuş və Fondun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndiriblər.
Sonda qonaqlara Gənclər Fondunun 5 illik geniş fəaliyyətini və dəstəklənmiş layihələrin təsvirini özündə əks etdirən bülleten nüsxələri hədiyyə olunub.


 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ