Görüşdə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Fondun sektor müdirləri Vüsalə Niftəliyeva və Orxan Ərəbov iştirak ediblər.
Fərhad Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verərək Fondun prioritetlərini qonaqların nəzərinə çatdırıb.
Qonaqlar Gənclər Fondunun fəaliyyəti ilə yaxından tanış olmuş və Fondun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndiriblər.Sonda qonaqlara Gənclər Fondunun 5 illik geniş fəaliyyətini və dəstəklənmiş layihələrin təsvirini özündə əks etdirən bülleten nüsxələri hədiyyə olunub.


7News.az








