RU
Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
18:00
684

Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

7News.Az xanim.az-a istinadən Uşaq evində böyüyən azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Onlardan biri, xalq artisti, gülüş ustası məşhur aktyor Arif Quliyevdir. Hər kəsə çoxdan məlumdur ki, Arif Quliyev lap kiçik yaşlarından uşaq evinə gətirilib. Aktyorun dediyinə görə, təxminən 1-2 yaşı olarkən anası onu uşaq evlərinin birinin qarşısına atıb gedib. Arif uşaq evində keçirilən ictimai tədbirlərdə daim fəal iştirak edib, öz istedadı ilə digərlərindən fərqlənib. 19 yaşı olarkən məşhur aktrisamız Nəsibə Zeynalova və Siyavuş Aslan onun üçün Mingəçevirə, Gülnarə adlı bir qızgilə elçiliyə gediblər. 

Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Müğənni Bahar Lətifqızı da uşaq evindən çıxan tanınmış sənətçilərdən biridir. Müğənni açıqlamalarında bildirib ki, uşaq evində böyüdüyü üçün valideynlərini heç vaxt qınamayıb. Dediyinə görə, hələ uşaq ikən atası dünyasını dəyişib. Əlacsız qalan şikəst anası Baharı və Arif adlı qardaşını internat məktəbinə yerləşdirib. Müğənni onu atan anasını bağışladığını bildirib. Bahar Lətifqızı ilə birgə internat evində böyüyən qardaşı Arif hər zaman ona dəstək olub. Müğənninin dediyinə görə, hətta 7-ci sinifdə oxuyarkən özünü binadan atmaq istəyəndə qardaşı ona mane olub. Bahar Lətifqızı buna baxmayaraq səsi və sənəti ilə şou aləmində uğur qazanmağa nail olub. 
Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Əməkdar artist, müğənni Teymur Əmrah da uşaq evində böyüyən məşhurlarımızdandır. Müğənnin taleyi onda gətirib ki, qarşısına xeyirxah, tanınmış insanlar çıxıb. Teymur Əmrah hazırda Azərbaycan Dövlət Milli Konservatoriyasının vokal müəllimi və R. Behbudov adına mahnı teatrının solisti kimi fəaliyyət göstərir.
Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Məşhur stilist Samiraldo adıyla tanınan Samir Əliyev də valideynləri tərəfindən atılan və uşaq evində böyüyən məşhurlardan biridir.
Uşaq evində böyüyən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ