7News.az xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatında hakim Meta şirkətinin sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimaiyyəti məlumatlandırmadığına görə 567 milyon dollar ödəməsi barədə qərar çıxarıb. Bu qərar, uşaqların təhlükəsizliyi məsələsi ilə əlaqədar sosial media nəhənginə tətbiq edilən ən böyük cərimədir.








