RU
lombard
Vahid Ələkbərov: “LUKOIL” SOCAR-la yeni birgə layihələr planlaşdırır
14:18
234

Vahid Ələkbərov: “LUKOIL” SOCAR-la yeni birgə layihələr planlaşdırır

"LUKOIL” SOCAR-la Xəzərdə yeni birgə layihələr planlaşdırır.

TASS xəbər verir ki, bunu "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov Davos forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

V.Ələkbərov bildirib ki, tərəflər Davosda Ümumdünya İqtisadi Forumu zamanı saziş imzalaya bilər.

"Biz bir sıra layihələri müzakirə edirik - bu, Naxçıvan bloku, dəniz bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Bizim geoloqlar bu fəaliyyətlərin perspektivli olduğunu hesab edirlər”, - deyə Ələkbərov bəyan edib.

Onun sözlərinə görə, SOCAR-la tədqiqatlar barədə danışıqlar aparılacaq:

"Çox güman ki, saziş bu gün forum çərçivəsində imzalanacaq. Bu barədə ilk dəfə eşidirsiniz”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ