RU
Videosu yayılan yol polisi danışdı - “O videonu yayanın ölüsünü...”
12:30
452

Videosu yayılan yol polisi danışdı - “O videonu yayanın ölüsünü...”

Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb-red.) Ölkə.Az-ın suallarını cavablandırıb.

99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov bir sürücünün ona yalvarmasını və ağlamasını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə yaymaqda ittiham edilir.

- Elvin bəy, həmin sürücü sizə niyə yalvarırdı? Cəriməsi var idi?

- Onun heç bir cəriməsi, problemi yox idi. Kasıblığını nəzərə alıb buraxmışam.

Sürücü sizə tabe olmurdu?

- Tabe olmurdu, sonra yazığımız gəldi buraxdıq.

- Video sosial şəbəkəyə necə buraxılıb?

- O videonu hansı mərdiməzar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam.

- Videonu özünüz çəkib kiməsə göndərmişdiniz?

- Elə şey olmayıb.

- Orada iki nəfərsiniz. Deməli, özünüz çəkmisiniz də.

- Allah qoysa, hər şey ortaya çıxacaq. Bir az işim var, danışarıq.

- İşdən çıxarılmağınızla bağlı yayılan xəbər doğrudur?

- (telefonu bağlayır)

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ