RU
23:32
49

"Vietnam Airlines"in təyyarəsi Bakı hava limanında təcili eniş edib

"Vietnam Airlines" aviaşirkətinin hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə 7NEWS.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Frankfurt-Xo Şi Min reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ