Volqoqrad şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Andrey Boçarov məlumat verib.
Onun sözlərinə görə, ölən və yaralananların hamısı Volqoqradın Cənub Sənaye Zonasında çalışan əməkdaşlardır.
Bundan başqa, Svetlı Yar fəhlə qəsəbəsində üç beşmərtəbəli yaşayış binasının, eləcə də gənclər mərkəzinin zədə görüb. Həmin ərazidə xəsarət alan olmayıb.
Hadisə yerlərində fövqəladə hallar xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.








