RU
Voronej vilayətində PUA hücumu nəticəsində 3 yaşlı uşaq həlak olub
10:50
32

Voronej vilayətində PUA hücumu nəticəsində 3 yaşlı uşaq həlak olub

Rusiyanın Voronej vilayətində Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 3 yaşlı uşaq həlak olub.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat yayıb.

Onun sözlərinə görə, hadisə zamanı uşağın valideynləri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Hücum nəticəsində daha bir nəfər – 19 yaşlı gənc yüngül xəsarət alıb.

Qubernator bildirib ki, hücum zamanı marketpleyslərdən birinə məxsus anbarın dam örtüyü, digər oxşar binanın isə fasadı zədələnib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ