RU
Xalq artisti AzTV-yə irad bildirdi -
16:15
1530

Xalq artisti AzTV-yə irad bildirdi - "ONLAR KİMDİR AXI?"

 
 Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Yenisabah.az-a müsahibəsində sənət aləmində yaşanan xaosu açıq şəkildə tənqid edib. 

"Rupor” xəbər veiri ki, xalq artisti AzTV-nin ünvanına da tənqidi fikirlər səsləndirib:
 
"Mən dövlət televiziyasına da iradımı bildirəcəyəm. Orada Xədicə adlı bir xanım jurnalist var (red. Xədicə Sənanqızı), hər gün efirə xarici dildə oxuyan ifaçıları dəvət edir. Bu nə deməkdir, elə almanca, ingiliscə, fransızca oxuyurlar, mən xarici dildə mahnıya qulaq asmaq istəsəm, gedib orijinallarına qulaq asaram. Onlar kimdir axı, əgər xalqın sənətkarlarıdırsa, zəhmət çəksinlər öz dillərində oxusunlar. 
Dünən efirdə prezidentin çıxışına baxdım, fərəh hissi duydum. Dünyanın 140 ölkəsi oturub bizim prezidentimizə tərif deyir və bizim prezidentimiz ana dilində danışır, hamı da bizim dilimizi eşidir. Son vaxtlar fikir verirəm, elə bil bizim xalqda cılızlaşma gedir 140-150 sm boyları var çıxıb efirdə ingiliscə oxuyurlar, bu nə təbliğatdır, axırımız hara gedir?! Başlarını da elə tərpədirlər guya musiqini hiss edirlər”. 

Xalq artisti ziyalılara, sənət adamlarına müraciət edirək bildirir ki, belə şəxslərin efirə çıxmağına qadağa qoyulsun, bu tip aparıcılar efirlərdən yığışdırılsın: 

"Bura Azərbaycan dövlətidir, kanal da Azərbaycan telekanalıdır, özü də Azərbaycan xalqına xidmət edir. Nəyimizə lazımdır ingilisin, fransızın mahnısı? O gün baxıram, iki nəfər hörmətli şəxs televiziyada oturublar, biri o birini tərifləyir. O da deyir ki, əşşi muğam nədir, muğam oxumağa nə var ki, çətini mahnı oxumaqdır. Bu nə düşüncədir? Bu necə yanaşmadır? Bu xalqın ziyalıları niyə dillənmir? Barışmaq razılaşmaq əlamətidir, əgər səsini çıxarmırsansa, deməli, bu çirkabla razılaşırsan”. 

Şeyx Əbdül Mahmudbəyov ictimaiyyəti xalqın dəyərlərini, əxlaqını, sənətini müdafiə etməyə çağırıb:

"Mən 77 yaşlı ağsaqqal insanam, sənətçiyəm, bəs mən deməyim kim desin? Bəzi eybəcər, cinə, şeytana oxşayanlar sosial şəbəkələrdə bizi ittiham edirlər, qələt edib, başlarını daşa döyürlər. Biz onlara nə deyirik ki? Hər yerindən duran oxuyan olar? Çıxıb efirdə "çıkkıdı-çıko” salıblar. Haqqı qorxmadan demək lazımdır, bu stereotiplər qaldı ötən əsrdə. Düzü deyin, haqqınızı tələb edin. Mən milləti haqqa, mənəviyyata, əxlaqa səsləyirəmsə burada təhlükəli bir şey yoxdur. Bizim əxlaqımızla alver edənlər getdi daha. Ölkə başçısı da çıxışında bildirdi ki, o dövrlər getdi, kimsə vəzifədə oturan qohumuna, dostuna arxayın olursa, çox böyük səhv edir. Gəlin, mübarizə aparaq”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ