"Xalqdan qazanırıqsa, imkansızlara da yardım etməliyik" - Gülay Zeynallı - VIDEO
Müğənni Gülay Zeynallı "Xəzər Tv" də yayımlanan "Şən Bazar" verilişində qonaq olub.
7News.Az xəbər verir ki, müğənni verilişdə imkansızlara yardım etməkdən danışıb. O, bildirirb ki, əgər müğənni xalqdan qazanırsa, imkansız ailələrə də kömək etməlidir:
"Allah ruzini yetirəndə baxmır ki, sən evdəsən ya çöldə. Baxırsan ki, oturub evində, qapısı döyülür ona kimsə yardım gətirib. Bunu Allah yetirəndə yetirir. Biz nəinki bu günlərdə, hər zaman belə insanlara kömək etməliyik. Çünki biz ruzini toydan, bayramdan, bu torpaqdan, xalqdan qazanırıqsa, onlara da xərcləməyi bacarmalıyıq. Elə zinyət əşyalarımız, elə geyimlərimiz var ki, onları istifadə edə bilmirik. Görürsünüz, hamımız oturmuşuq. Ona görə insan gərək özü ilə bərabər qarşısındakını da xoşbəxt etməyi bacarsın".