İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin tabutu dəfn mərasimlərinin növbəti mərhələsi üçün İraqa gətirilib.
7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Press TV" məlumat yayıb.
Məlumata görə, Xameneinin tabutunu daşıyan təyyarə İraqa eniş edib və burada genişmiqyaslı vida mərasimləri keçiriləcək.
Bildirilir ki, İranda matəm mərasimləri iyulun 3-də başlayıb. Ayətullah Əli Xameneinin iyulun 10-da doğulduğu Məşhəd şəhərində dəfn olunacağı qeyd edilir.








