RU
Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb
15:50
59

Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonunda yerləşən Peçeneqi qəsəbəsinə Rusiyanın raket hücumu nəticəsində 10 nəfər ölüb.

Hadisə ilə bağlı Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

Administrasiya rəhbəri "Telegram" səhifəsində qeyd edib:

"Düşmən Peçeneqiyə raket zərbəsi endirib. İlkin məlumatlara görə, 10 nəfər ölüb. Daha səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb".

O.Sinequbov yaralılara tələb olunan bütün tibbi xidmətlərin göstərildiyini vurğulayıb. Zərbə səbəbindən 10 fərdi ev, bir kafe, poçt binası, mağaza və minimum yeddi nəqliyyat vasitəsi zədələnib. Hazırda xilasetmə və fövqəladə hallar qrupları hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər.

Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Viktor Zabaşta İctimai Televiziyaya bildirib ki, Peçeneqiyə hücumdan sonra iki yaralı Xarkovdakı xəstəxanaya təxliyə edilib. Digər yaralılara həkimlər tərəfindən hadisə yerində ilk tibbi yardım göstərilib.

Bildirilir ki, Çuquyev rayonu üçün Rusiya Federasiyasının hücum təhlükəsi saat 08:11-də elan edilmişdi.
 
Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb
Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb
Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb
Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ