Xəfiyyələrin “Azərbaycan planı” - Elşən Musayevdən sensasiya dolu yazı...

Xəfiyyələrin “Azərbaycan planı” - Elşən Musayevdən sensasiya dolu yazı...

"Wikileaks”i yəqin çoxları xatırlayır. Elə Julian Asancı da. Dünyanı idarə edən "ailələrin” - "dərin dövlət konsey”inin periodik münaqişəsi zəminində meydana çıxmışdı. Eynən "İŞİD” kimi. Daha dəqiqi, İran boyda dövlət embarqo səbəbindən neftini on illər boyunca xarici bazara çıxara bilmədiyi halda "İŞİD” anidən özünə necə yüz minlərlə barrel nöyüt sata biləcəyi alıcını tapmışdısa, əməlli-başlı, yaraqlı-sursatlı ordu yaratmışdısa, Asanc da "Wikileaks”i eyni formada qəfil ortaya çıxarmış, onu 5 gün ərzində populyarlaşdırmış, ardınca isə bir həftə müddətində 152 dövlətin 10 illik yazışmasını (457 cild) əldə edə bilmişdi. Yəni, "spiderman”ın belə bacarmayacağı bir şey. Və əlqərəz. "PPK” da belə yaranıb, "Asala” da, Taliban cəfakeşləri də, diqqəti Avropadakı terrorlardan yayındırmaq üçün bir an içində uyğur qətliamını reallaşdıran "Məkan” qruplaşması da, İstanbulu yarım il ərzində 37 dəfə qana boyayan dəstə də, "Feto” da, qənimət də, vidadi də, arif də...

Unutmadan bir haşiyə çıxım: Təbii, haqqında danışdığım "Wikileaks” hansısa sütunu yıpratmaq üçün düşünülmüş layihə idi. Konkret layihə. Sadəcə ssenariyə kənar dövlətlərlə bağlı çalarlar da əlavə edilmişdi ki, şübhə əsas hədəfdən yayınsın. Ötürülən məlumatlar arasında həqiqət payı 30 faizi keçmirdi və 70 faiz etibarilə jurnalist dekorundan, təxəyyülündən, fantaziyasından ibarət idi. Yeganə təyinatı da vurmaqdan, sensasiya, xaos yaratmaqdan, mərkəzdənqaçma meyllərini gücləndirməkdən ibarət olub. Amma və böyük amma! Hətta Asanc kimi avantürist, dekorist belə əldə etdiyi məlumatların fonunda İlham Əliyevə çamur ata bilməyib və məlum etirafı edib: "Bu insanın milli maraqlar kontekstində güzəştə gedə biləcəyi kimsə yoxdur. Belə prinsipial liderlər nadir hallarda yetişir”

***

Картинки по запросу Saakaşvili

Xarici kəşfiyyatlar öz emissarları vasitəsilə ölkələrə demokratiyamı daşıyırlar? Məqsəd həqiqətən budurmu? O zaman bəşər tarixinin ən böyük demokratlarından olan Saakaşvili niyə mədəni inqilabla devirildi? O zaman qardaş Türkiyəni son yüz ildə ən yüksək zirvəyə daşıyan və həmin Türkiyənin dünya miqyasında 3-cü güc kimi qalması, qamətini əyməməsi üçün sözün gerçək anlamında mücadilə verən Ərdoğana qarşı az qala bütün dünyanın açdığı savaş nədir?

Dünya mediası rumın xalqı arasında keçirilən son rəy sorğularından heyrətə gəlib. Bir həftənin söhbətidir,  yəni köhnəlməmiş məlumatdır, açın internetdən baxın. Hamı keçmişə, Çauşesku dövrünə qayıtmaq istəyir, onun devirilməsinin dövlətə xeyir gətirmədiyini söyləyir. "Əgər xanımı ilə bərabər güllələnmiş liderimiz sağ olsaydı (79 faiz çoxluqla) səsimizi ona verərdik” - deyirlər.

Eyni sorğu Liviyada da keçirilib. Bu dəfə isə əhalinin 99 faizi növbəti Prezident seçkilərində Qəddafinin oğluna səs verəcəklərini söyləyiblər.

Yaxşı bəs hanı dəyişiklik, hanı inkişaf, hanı irəliləyiş, hanı fərqlilik?

Kim Çen İnn Qərbin ən böyük liderlərinin dilində "dostum” kəlməsi ilə assosiasiya olunursa, o zaman ölkəsində az qala hər şeyi vətəndaşına pulsuz peşkəş edən Qəddafi niyə linç edilirdi, Səddam niyə asılırdı? Nüvəni dünya tarixində ilk və son dəfə atan dövlətin qəribə səslənsə də nüvə ittihamı ilə İraqı yaman günə qoyması, axrıda da axtardığını tapmaması kimin başında çatladı? Düzəldimi İraq? Səngidimi partlayışlar, terrorlar, iğtişaşlar?    

Hakimiyyətə kiminsə əl buyruğu olaraq gəlmək və həmin postda uzun müddət qalmaq, davam eləmək gözləniləndir. Tam müstəqil olub, böyük güclər tərəfindən devirilmək, "aşırılmaq” da gözləniləndir. Amma həm müstəqil olub, həm də bütün xarici fitnəkarlara, məkrli planlara qarşı duruş gətirmək, dövlətin, xalqın, vətəndaşın haqqını kimsəyə yedirtməmək – bax bu yalnız qəhrəmanların bacardığı işdir. Kiçik dövlətlərin şahmat taxtasında ağ fiqurlarla oynamaq şansı yoxdur. Bu lüks hegemon dövlətlərə məxsusdur və çox nadir liderlər var ki, oyuna rəngli fiqurla başlayıb ağı mat etmək, ən pis halda isə dominantlıq hüququnu kimsənin əlinə verməmək gücündə, iqtidarındadır.

Картинки по запросу İlham Əliyev

Bizim sahib olduğumuz lider – İlham Əliyev həmin az saylı qəhrəmanlardan, güc sahiblərindən biridir!

Yəqin elə bu səbəbdəndir ki, hər həmlədə məğlub olanlar İlham Əliyevə, onun iqtidarına qarşı məkrli plan cızmaqdan, ucuz variantlar düşünməkdən da usanmırlar. İçli-çöllü! Hər il, hər mövsüm, yeni oranjimanda!

"Narıncı inqilab” fiaskosundan sonra, "ərəb baharı”(?) üzərindən təbliğat apardılar. Bir müddət keçmiş,  qonşu ölkələrdə baş verən iğtişaşları ölkəmizə daşımaq istədilər, daha sonra sosial şəbəkələr üzərindən dezinformasiyaları gündəmə dövr elədilər, trollar yetişdirdilər, onları üstümüzə yönəltdilər, ardınca məmur ovuna çıxdılar, Avropa Şurasındakı səfiri agentura toruna saldılar, gülçataylardan ideoloq düzəltdilər, qənimətkimiləri ağuşlarına aldılar, xarici təhdidlərə start verdilər, fəqət...yenə bacarmadılar!

İndi isə son 2 variant sınaqdan keçirilir. Söyüş və iqtidardaxili parçalanma haqda cəmiyyətə kül üfürmə variantı! Test edirlər. Baş sındırırlar. Əslində söyüş ritorikasını önə çəkən məlum təmayül Prezident seçkiləri üçün hesablanmışdı, amma iqtidarın fantastik aprel gedişi xaricdə və ölkə daxilində məskunlaşan radikal-yalquzaqların planlarını alt-üst etdi. Hətta deyilənə görə siyasi yalavacların məqsədi bu imiş ki, seçki noyabrda olacağı təqdirdə satqın Arif bir neçə diplomatla danışıq aparsın və sonra da həmin diplomatlar vidadi, orduxan tipli bir qrup terroçunu öz himayəsinə alaraq ölkəyə girsin, beləcə xaos üçün zəmin yaransın, Əli Kərimli də bu tərəfdən "ələkçinin qılverənliyini” eləsin. Amma dediyim kimi, plan baş tutmadı, ssenaristlər də, icraçılar da getdilər işlərinin, daha dəqiqi uğursuz estafetlərinin arxasınca.

Mövcud durumda artıq söyüş ritorikası yardımçı funksiya daşıyır. Son 3 ayda bütün təbliğat xətti o istiqamətə yönəlib ki, guya iqtidar daxilində aşınma, mərkəzdənqaçma var və hakimiyyətin sonudur. Xüsusi qruplar mövcuddur, məmur və siyasi status daşıyanların fikirlərində "səhv tutmaq” işinə baxırlar. Sanki bunları redaktor, korrektor qoyublar, laboratoriya işlədirlər, ayrı işləri gücləri yoxdur. Əli Həsənovun, Əli Əhmədovun yazılarını bir tək mikroskopdan keçirmədikləri qalıb. Nöqtə, vergül, abzas səhvi axtarırlar. Sonra da öz aləmlərində nəsə tapıb onu müzakirəyə çıxarırlar, bir kəlməyə bir veriliş həsr edirlər. Yaramaz da başlıqlar qoyurlar, "filan məmurun dilindən söz tutduq”, və s. və ilaxır.

Картинки по запросу Əli Kərimli

Ucundan tutub ucuzluğa getmək, bu bədxahların ritorikasına, tərzinə yön almaq istəmirəm, amma yenə də özünü fikir barometri zənn edən + "səhv tutma” laboratoriyasının müdiri olan Əli Kərimliyə bir önərim var: Get, "facebook” səhifəndə yuxarıdan aşağı 7-ci statusa bax. Aksiyalarla bağlı. Bir il öncə keçirilən  mitinq rəsminin üzərindən belə bir yarımbaşlıq qoymusan: "2003-dən sonra keçirilən ilk izdihamlı mitinq”. İndi isə sual verirəm: Bəs son 15 ildə düzənlənən mitinqlərin hamısı izdihamlı, möhtəşəm idi? Fotoşopla şəkil düzəldib paylaşırdınız ki, 30 min adam gəlmişdi, stadion dolmuşdu, filan-feşməkan. Camaatın gözünə kül üfürürdün? İzləyiciləri dolamışdın? Hər sözün inkardır, xəbərin varmı? Və bu xarakterlə, "istedadla”, "quş buraxmaq” üzrə ən ali mütəxəssis ola-ola kiminsə fikrində qüsur, səhv axtarırsan? Xəbərin varmı ki, Elçibəy o gün Qənimətin verilişində necə və hansı formada təhqir olundu? Niyə səsin çıxmadı? Səsin çıxmayacaqdısa 3 gün öncə Elçibəyin məzarı üstdə şəkil çəkdirib paylaşmaq nə idi bəs? Nonsens deyilmi, absurd deyilmi, sözlə bərabər ən xırda əməldə də "quş buraxmaq” deyilmi bu?

Картинки по запросу gültəkin hacıbəyli

Daha bir "quş”. Ən son paylaşımında Gültəkinin məhkəmə söhbətinə baş vurararaq "əntiqə” sonluq vermisən: "Gültəkin xanım yeni bir yol açıb, mandatdan, imtiyazdan imtina edib, müxalifət düşərgəsinə qoşulub”. A kişi, eşit gör nə deyirəm. Gültəkin elə mandatsız qaldığına görə sizin yanınızdadır. Onun mandatı cibində olsaydı hələ də Ulu Öndərin atalıq qayğısından danışacaqdı, ölkə rəhbərinin adı dilindən düşməyəcəkdi. Nə danışırsan sən? Guya məlumun deyil? Ayrıca, mirzən Natiqin qulağına da hərdən pıçılda ki, mövzu tapmayıb Aynur Camalı hədəfə alanda araya salıb Gültəkin müqayisəsi aparmağı da unutmasın. Gültəkin 9-ca ay mandatsızlığa dözməyib müxalifətçi olub, Aynur Camal isə mandatsız halı ilə dövləti də, Prezidenti də əvvəlkindən 50 dəfə daha artıq müdafiə edib. Fərq budur.

Deputat elə gəldi, nazir belə getdi, feşman oldu, filankəsin fikri ajiotaj yaratdı, hakimiyyət tükənib, yıxılır, gedir, dəyişir, monolitliyi pozulur... Nağıl leksikonunuzu istədiyiniz qədər zənginləşdirin. Güdün bizi. Xaricdən verilən tapşırıqları "adınıza layiq” icra edin. Hər illüziyaya bir ad qoyun, hər ilğıma bir gerçəklik donu geyindirin, hər qrantı bir sərsəmləmə ilə "silin” getsin. Zatən bununla nə mövcud olduğumuz yerlər dəyişəcək, nə də "kafa”lardakı düşüncələr. Vidadı Reyn çayının kandarında qocalsın, Qənimət qap-qara studiyasında, Orduxan kağız yapışdırdığı "budka”ların, körpülərin tinində, Kərimli isə Sevincin verilişində.

Sizin qibləniz "Soros”un xurcunu olsun, bizim qibləmiz – vətənin daşı!

Siz top daşıyın, biz top qovaq!

Elşən Musayev,
Milli Məclisin deputatı

Xəbər lenti