RU
Yağan qardan sonra yolları su basdı: Avtomobillər yolda qaldı – VİDEO
11:20
445

Yağan qardan sonra yolları su basdı: Avtomobillər yolda qaldı – VİDEO

Bakıya yağan güclü qardan sonra yolları su basıb.

Görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinin şimal hissəsində Daş bazarı deyilən ərazinin yaxınlığındakı küçədəndir.

Daha dəqiq desək, 202 nömrəli avtobus marşrutunun yolundandır.

Küçədə axar və kanalizasiya sisteminin olmaması, yaxud da işləməməsi bu vəziyyətə səbəb olub. Küçə təxminən 50 sm suyun altında qalıb. Hətta avtomobillər də suya qərq olub./baku.ws

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ