RU
Yamayka tamamilə işıqsız qaldı
18:13
36

Yamayka tamamilə işıqsız qaldı

Yamaykada sistem nasazlığı səbəbindən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi baş verib. Bu barədə ölkənin energetika, telekommunikasiya və nəqliyyat naziri Deril Vas sosial şəbəkə hesabında məlumat verib. Nazirin paylaşımından qısa müddət sonra elektrik təchizatının mərhələli şəkildə və əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq bərpası üçün tədbirlər görüldüyü barədə məlumat yayılıb. Yerli enerji qurumu hələ də nasazlığın səbəbi və ya elektrik təchizatının tam bərpasının vaxtı barədə əlavə məlumat verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ