lombard

Yanan təyyarənin qəzalı eniş anı - VİDEO

Yanan təyyarənin qəzalı eniş anı - VİDEO

ABŞ-da "Dayton Biç” aeroportunda yüngülmotorlu "Cessna” təyyarəsi qəzalı eniş edib.

Həmin anın dəhşətli görüntüləri "Jet Aviation” tərəfindən şirkətin "Facebook” hesabında paylaşılıb.

Bu barədə REN.TV xəbər yayıb.

Pilot alovlara bürünmüş "Cessna”nı saxlaya bilib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Bildirilir ki, problem təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib, ona görə pilot aeroporta geri qayıda bilib.

Hadisənin səbəbləri araşdırılır.

 

7News.Az

Xəbər lenti