Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 maqnitudalı zəlzələ olub.
7News.Az TASS-a istinadən xəbər verir ki, yeraltı təkanların ocağı okeanın 60 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı elan edilməyib.








