RU
Yaponiyada gəmiqayırma zavodunda yanğın: Ölən və xəsarət alanlar var
12:00
37

Yaponiyada gəmiqayırma zavodunda yanğın: Ölən və xəsarət alanlar var

Yaponiyanın Sidzuoka əyalətində yerləşən gəmiqayırma zavodunda baş verən yanğın zamanı bir nəfər həyatını itirib, daha doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə barədə Yaponiyanın ictimai televiziya kanalı xəbər yayımlayıb.

Alov inşası davam edən gəmidə başlayıb. Hazırda ərazidə yanğından mühafizə xidmətinin əməkdaşları fəaliyyət göstərirlər, hüquq-mühafizə orqanları isə insidentin təfərrüatını aydınlaşdırır.

Xəsarət alan şəxslər dəm qazından zəhərlənmə diaqnozu ilə tibb müəssisələrinə təxliyə ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ