RU
Yaponiyada güclü qar yağması səbəbindən 230-dan çox aviareys təxirə salınıb
12:00
264

Yaponiyada güclü qar yağması səbəbindən 230-dan çox aviareys təxirə salınıb

Son iki gündə Yaponiyanın qərb və şimal bölgələrinə yağan güclü qar 230-dan çox təyyarə reysinin təxirə salınmasına səbəb olub.

7NEWS.Az "NHK” telekanalına istinadən xəbər verir ki, uçuşların çoxu Hokkaydo adasındakı Sapporo şəhərinin hava limanından təxirə salınıb.
Hava limanında qarı təmizləmək üçün administrasiya uçuş-enmə zolağını üç saat bağlamalı olub.

Sin-Çitose hava limanında sərnişinlər biletləri dəyişmək məcburiyyətində qalıb. Böyük növbələrin yarandığı bildirilir.

Hazırda Hokkaydonun bir sıra regionlarda qar örtüyünün hündürlüyü bir metri keçir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ