Yaponiyada güclü yağışlar daşqınlara səbəb olub: 13 nəfər həlak olub
7News.az xəbər verir ki, Yaponiyanın Çiba prefekturasında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 13 nəfərin həyatını itirdiyi və bir nəfərin itkin düşdüyü bildirilir. Bundan əlavə, 66 evə ziyan dəydiyi qeyd olunub.