7News.az xəbər verir ki, Yaponiyanın Kumamoto prefekturasında baş verən 5,7 maqnitudalı zəlzələ bölgədə təşvişə səbəb olub. İki nəfərin xəsarət alması ilə nəticələnən yeraltı təkanlardan sonra bəzi yaşayış məntəqələri üçün təxliyə əmrləri verilib, sürətli qatar xətlərinin fəaliyyəti isə dayandırılıb.








