RU
Yasamalda 19 bina söküləcək
21:35
402

Yasamalda 19 bina söküləcək

Paytaxtın Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 binanın mərhələli şəkildə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.

7news.Az Publika.az-a istinadən xəbər verir ki, torpaqdan istifadə Mənzil İnşaatı Dövlət Agentliyinin ixtiyarına verilib.

Sözügedən binaların 12-si sökülüb, yeni binaların layihələndirilməsi başa çatdırılıb və tikinti işlərinə başlanılıb.

"Sovetski” adlanan ərazidə də daşınma və köçürülmə işləri davam etdirilib. Bundan başqa, 10 müxtəlif təyinatlı qeyri-qanuni bina sökülüb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ